Vaşinqton administrasiyası ABŞ-də istehsal edilməyəcək xarici məhsullara tətbiq olunan tarifləri aradan qaldırmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset CBS telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ tarifləri bəzən tənzimlənə bilər, məsələn, qəhvə artıq ABŞ tariflərindən çıxarılıb, çünki ölkədə qəhvə istehsalı kifayət qədər deyil. Hasset əlavə edib ki, ABŞ-də istehsal olunmayan digər məhsullar üçün də istisna halları tətbiq oluna bilər. Bu məsələ ilə bağlı ABŞ-nin ticarət nümayəndəsi Ceymison Grier artıq iş aparır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə məhsullar üzrə gömrük tariflərini tətbiq etmişdi.