BAKI, 22 dekabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayami şəhərində ABŞ, Avropa və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda müzakirə edilən əsas mövzuları açıqlayıb.
Teleqraf xəbər verir ki, "Russia Today"in Uitkoffa istinadən yaydığı məlumata görə, danışıqlarda 20 maddədən ibarət planın hazırlanması, çoxtərəfli təhlükəsizlik zəmanətləri çərçivəsində mövqelərin razılaşdırılması, ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə yanaşmaların uyğunlaşdırılması, eləcə də iqtisadi inkişaf və rifah planının gələcək mərhələdə işlənib hazırlanması məsələləri müzakirə olunub.
ABŞ Prezidentinin xüsusi nümayəndəsinin sözlərinə görə, danışıqlar zamanı növbəti addımların müddəti və ardıcıllığının müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna ilə bağlı Mayamidə keçirilən danışıqları konstruktiv adlandırmışdı.