BAKI, 22 dekabr. TELEQRAF
Müharibəni qızışdıran qüvvələr ABŞ-la Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlara mane ola bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "RIA Novosti"yə açıqlama verib.
“Bacarmadılar, hər şey qaydasındadır”, – deyə Dmitriyev bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ tərəfinin Dmitriyev vasitəsilə ötürəcəyi siqnalların Moskva tərəfindən diqqətlə öyrəniləcəyini bildirib.
Uşakov eyni zamanda, Avropa İttifaqı və Ukraynanın münaqişənin nizamlanması ilə bağlı irəli sürdüyü təklifləri qeyri-konstruktiv adlandırıb.