BAKI, 21 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bəzi vilayət administrasiyaları rəhbərlərinin dəyişdiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski öz axşam müraciətində məlumat verib.

"Gələn həftə bəzi yerli administrasiyalar rəhbərləri barədə hesabatları gözləyirəm, onların dəyişdirilməsi vacibdir", - o bildirib.

Ukrayna nəşri “İnsayder”in məlumatına görə, işdən çıxarılması nəzərdə tutulan namizədlər arasında Jitomir vilayət administrasiyasının rəhbəri Vitali Buneçko da var.