BAKI, 22 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yeni sanksiya qərarları qəbul edəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə danışıb.

“Bizim tərəfimizdən sanksiyalarla bağlı yeni qərarlar olacaq”, - deyə Ukrayna Prezidenti bildirib.

Lakin dövlət başçısı sanksiyaların hansı sahələri əhatə edəcəyi ilə bağlı detallı məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamasında Rusiyanın sanksiyalarla üzləşdiyini, Ukraynanın isə hərbi dəstək aldığını bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı tətbiq edilən 19 sanksiya paketinin müddətini yekdilliklə uzatdıqlarını açıqlayıb.