BAKI, 22 dekabr. TELEQRAF

“Mən də bu barədə mediadan eşitmişəm, rəsmi açıqlama verə bilmərəm”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülərin PKK terror təşkilatının qanadı PJAK-ın 12 günlük müharibədə İrana hücum planlaşdırdığı və Ankaranın bu haqda Tehranı məlumatlandırması barədə jurnalistlərin suallarını cavablandırarkən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Əlbəttə, İsrail və ABŞ-nin İranın mərkəzinə zərbə endirmək üçün hərtərəfli plan hazırladığı bəlli idi. Bu mövzuda aparılan müzakirələr də göstərir ki, İranı zəiflətmək və ərazi bütövlüyünə zərər vermək üçün çox pis sui-qəsd hazırlamışdılar”, - diplomat əlavə edib.