BAKI, 22 dekabr. TELEQRAF
Azərbaycan 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunub.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, qərar Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq ənənələrinin qorunması, bu sahədə müasir çağırışlara uyğun yeni yanaşmaların tətbiqinin genişləndirilməsi məqsədilə qəbul edilib.
Sənədə əsasən, Prezident Administrasiyasına “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər planına dair təkliflərin bir ay müddətində hazırlanaraq dövlət başçısına təqdim olunması tapşırılıb.