XOCALI, 22 dekabr. TELEQRAF
Növbəti köç karvanı ilə yola salınan ailələr mənzil başına çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə yola salınan ailələr mənzil başına çatıb.
Daha sonra onlara ANAMA əməkdaşları təhlükəsizlik qaydalarını izah edib.
Mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
***
12:28
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Ağdərə Vəngli kəndinə 6 ailədə 14 nəfər, Kolatağ kəndinə 7 ailədə 31 nəfər, Xocalı rayonunun Daşbulaq kəndinə 4 ailədə 11 nəfər, Badara kəndinə isə 15 ailədə 66 nəfər köçürülür.
Xocalı rayonu Badara, Daşbulaq, Ağdərə rayonunun Vəngli, Kolatağ kəndlərinə qayıdan ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
Qeyd edək ki, bununlada Xocalı rayonu Badara kəndinə ümumilikdə 28 ailə (220 nəfər), Daşbulaq kəndinə 34 ailə (133 nəfər), Ağdərə rayonu Vəngli kəndinə 124 ailə (482 nəfər), Kolatağ kəndinə 33 ailə (120 nəfər) daimi qayıdışı təmin edilib.
Ağdərə rayonunun Həsənriz, Vəngli və Kolatağ kəndlərinə, eləcə də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir