BAKI, 22 dekabr. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban Ukraynada xüsusi hərbi əməliyyatın davam etdirilməsində maraqlı olan tərəflərin adını açıqlayıb.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, münaqişənin uzanmasını istəyənlər arasında bəzi siyasətçilər, silah istehsalçıları və bankirlər var.
“Ukraynadakı münaqişənin davam etməsini kim istəyir? Nüvə dövlətini döyüş meydanında məğlub etməyin mümkün olduğunu düşünən siyasətçilər, sonsuz münaqişələrdən qazanc götürən silah istehsalçıları və bankirlər”, – deyə Orbandan bildirib.
Macarıstanın Baş naziri vurğulayıb ki, Ukrayna münaqişəsinin nizamlanması yalnız atəşkəslə məhdudlaşmamalı, uzunmüddətli və sabit gələcəyin təməli olmalıdır.