BAKI, 22 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Leşenko işdən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Ukrainskie Novosti" nəşri məlumat yayıb.

Ofisdən bildirilib ki, keçmiş rəhbər Andrey Yermakın istefasından sonra bütün köməkçilər və müşavir heyəti, həm ştat, həm də qeyri-ştat, vəzifələrindən azad edilib.

Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak dövlət orqanlarında korrupsiya sxeminin aşkarlanması fonunda noyabrın 28-də istefa verib. İstefa qərarından əvvəl antikorrupsiya orqanları onun ev və ofisində axtarışlar aparıb.