BAKI, 22 dekabr. TELEQRAF

Bu gün Moskvada avtomobilində baş verən partlayış nəticəsində ağır yaralanan Rusiya Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaq orqanları hərbi qulluqçunun öldürülməsi faktı ilə bağlı cinayət işi açıb.

***

10:49

Bu gün səhər saatlarında Moskvanın cənubunda avtomobildə partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, partlayıcı qurğu avtomobilin alt hissəsinə yerləşdirilib.

Hadisə nəticəsində 56 yaşlı kişi xəsarət alıb.

Qeyd edilib ki, yaralanan şəxs Çeçenistan, Osetiya, Suriya və Ukraynada aparılan müharibələrdə iştirak etmiş Rusiya generalı Fanil Sarvarovdur.

Faktla bağlı istintaq orqanları tərəfindən cinayət işi başlanılıb.