BAKI, 22 dekabr. TELEQRAF

“Gürcüstan heç vaxt suverenliyindən və müstəqil, demokratik və sülhsevər dövlət olmaq seçimindən geri çəkilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili səfirlər konfransında çıxışı zamanı bildirib.

“Xarici siyasətimizin ən vacib prioritetləri Gürcüstanın iki tarixi bölgəsinin (Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiya – red.) azad edilməsi və onların (müstəqil dövlət kimi) tanımaması siyasətidir. Həmçinin, təsdiqləyirik ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur.

Qətiyyətlə milli maraqlarımızı qoruyuruq. Mesajımız aydındır: Gürcüstan heç vaxt suverenliyindən və müstəqil, demokratik və sülhsevər dövlət olmaq seçimindən geri çəkilməyəcək. Bu, həm tarixi məsuliyyətimiz, həm də dövlətimizin varlığının əsasını təşkil edir”, - prezident vurğulayıb.