BAKI, 22 dekabr. TELEQRAF

Braziliya Prezidenti Luis İnasiu Lula de Silva ABŞ-nin Venesuelaya mümkün silahlı müdaxiləsinin humanitar fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Lula da Silva bildirib ki, Cənubi Amerika qitəsi yenidən regiondankənar bir dövlətin hərbi mövcudluğunu hiss edir. Onun sözlərinə görə, ABŞ-nin Venesuelaya müdaxiləsi yalnız bu ölkə üçün deyil, bütün yarımkürə üçün ciddi humanitar problemə çevrilə və dünya miqyasında təhlükəli ola bilər.