BAKI, 22 dekabr. TELEQRAF
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı əsasında azadlığa buraxılan məhkum Seyidağa Məmmədzadə Prezidentə təşəkkür edib.
Teleqraf xəbər verir ki, o, bunu amnistiya aktının icrası zamanı jurnalistlərə açıqlamasında deyib.
Məhkum bildirib ki, məhkəmədə 5 ay 26 gün cəza alıbmış: "Bu cəzanın yarısını çəkmişdim. Prezident İlham Əliyevə amnistiya təşəbbüsünə görə təşəkkür edirəm. Mənim azadlığa çıxmağıma yaxınlarım çox sevindi. Digər məhkumlara da azadlıq arzu edirəm. Azadlığın qədrini bilib cinayətdən uzaq olmaq lazımdır".
Aminstiya aktının icrası ilə əlaqədar azadlığa çıxan məhkum Nəcməddin Hacızadə deyib ki, 2 il 6 ay azadlıqdan məhrum olunub: "Azadlığa çıxmağına iki ay qalmışdı. Bu gün aminstiya aktının icrası ilə vaxtından əvvəl azadlığa çıxdım. Sevincimin həddi-hüdudu yoxdur. Bu humanist qərara görə Prezidentə təşəkkür edirəm. Mən narkotik istifadəçisi olmuşam".