BAKI, 18 may. TELEQRAF

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) Birləşmiş Krallığın "milli maraqlarına uyğun" şəkildə tərəfdaşlıqlarını dərinləşdirmək üçün saziş elan etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mayın 19-da Londonda keçirilməsi planlaşdırılan Böyük Britaniya-Avropa İttifaqı sammitindən əvvəl verib.

İngilis diplomat bildirib: “Biz Aİ ilə daha güclü tərəfdaşlıq nəticəsində Böyük Britaniyaya daha çox fayda gətirəcək daha bir addım atacağıq”.

Bildirilir ki, Aİ ilə saziş Britaniya ixracatçıları və idxalçıları üçün maneələri azaltmağa, Aİ sərhədlərinin keçməyi asanlaşdırmağa, elektrik enerjisi ödənişlərini azaltmağa və təhlükəsizlik səviyyəsini artırmağa kömək edəcək.