
BAKI, 17 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışığı barədə növbəti açıqlamasını verib.
Teleqraf xəbər verir ki, ABŞ dövlət katibi Moskvanın Ukraynada atəşkəs tələbləri ilə bağlı sənəd hazırladığını bildirib.
***
17 may, 20.09
“Bu müharibəyə son qoymağın vaxtıdır”.
Teleqraf xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətini şərh edib.
O yazıb: "Birləşmiş Ştatlar etibarlı sülh planı təqdim edib və biz İstanbulda əldə edilən əsir mübadiləsi razılaşmasını alqışlayırıq. Gəlin bu böyük fürsəti əldən verməyək. Bu müharibəyə son qoymağın vaxtıdır".
19.54
ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Birləşmiş Ştatların təklif etdiyi sülh planı barədə danışıb.
Teleqraf xəbər verir ki, məlumatı Dövlət Departamenti (DD)yayıb.
DD-nin mətbuat katibi Temmi Brüs bildirib: "Dövlət katibi Rubio mayın 16-da İstanbulda Rusiya-Ukrayna danışıqları zamanı əldə olunan əsir mübadiləsi razılaşmasını alqışlayıb və prezident Trampın sərt mesajını çatdırıb: Birləşmiş Ştatlar Rusiya-Ukrayna müharibəsinə birdəfəlik son qoymaq istəyir. ABŞ-nin təklif etdiyi hərtərəfli sülh planı irəliyə doğru ən yaxşı yoldur".
Xatırladaq ki, Tramp bazar ertəsi V.Putinə, daha sonra isə V.Zelenskiyə zəng etməyi planlaşdırır.