
BAKI, 14 aprel. TELEQRAF
“Goldman Sachs” 2026-cı il üçün qızıl proqnozunu yeniləyib.
Teleqraf xəbər verir ki, bankın proqnozuna görə, ilin sonuna qızılın unsiyası 3.700 ABŞ dollarına, 2026-cı ilin ortalarında isə 4.000 dollara yüksələcək. Maliyyə qurumu bu artım proqnozunu mərkəzi bankların güclü alışları və artan resessiya riskləri ilə əsaslandırıb.
Qeyddə bildirilir ki, mərkəzi bankların artıq ayda 80 ton qızıl alacağı gözlənilir, bu isə əvvəlki ay üçün verilmiş 70 tonluq proqnozdan daha yüksək göstəricidir.
Bundan əlavə, bankın ekpertləri qeyd edib ki, son vaxtlar istiqraz bazarındakı gərginliklər və qızıl qiymətlərindəki artım bu metalın “resessiya riskinə qarşı unikal müdafiə vasitəsi” kimi mövqeləndiyini göstərir.