BAKI, 14 aprel. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəməndəki keramika zavoduna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, Amerika təyyarələri Səna vilayətinin Bəni Mətar rayonunda yerləşən Əs-Səvari keramika fabrikinə üç reyd keçirib.