BAKI, 14 aprel. TELEQRAF

Fransa, Böyük Britaniya və Almaniya ABŞ və İran arasında nüvə müzakirələrinin Avropa maraqlarına uyğun olmasını təmin etmək üçün diqqətlə işləyəcək.

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

“Britaniyalı və alman dostlarımız və tərəfdaşlarımızla birlikdə İranın nüvə proqramı ilə bağlı danışıqların təhlükəsizlik maraqlarımıza uyğun olmasını təmin etmək üçün ayıq-sayıq olacağıq”, - fransalı nazir bildirib.

Xatırladaq ki, Tehranın nüvə proqramına dair ABŞ-İran danışıqlarının ilk raundu aprelin 12-də Omanda keçirilib.