BAKI, 14 aprel. TELEQRAF

ABŞ tariflə bağlı araşdırmalar aparacaq və bütün elektronika və yarımkeçirici təchizat zəncirini qiymətləndirəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində məlumat verib.

O bildirib ki, ölkənin səlahiyyətli orqanları milli təhlükəsizlik tarifləri ilə bağlı gələcək araşdırmalarda bütün elektronika tədarük zəncirini qiymətləndirəcək.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton ayrı-ayrı mal qrupları üçün heç bir istisna tətbiq etməyib.