BAKI, 14 aprel. TELEQRAF

Almaniyada 79 nəfər əhalisi olan Blaichach-Gunzesried kəndində 45 qaçqın yerləşdiriləcək.

Teleqraf xəbər verir ki, "Bild" nəşri Almaniya hakimiyyətinin müvafiq planları barədə məlumat əldə edib.

"Biz ictimaiyyəti məlumatlandırmışıq və bu məsələ üzərində intensiv işləyirik", - deyə şəhərin meri Kristof Endres vəziyyəti şərh edib.

Yerli sakinlər isə qaçqınların iş və nəqliyyat imkanlarının olmaması səbəbindən təcrid olunacaqlarından ehtiyat edirlər.