
BAKI, 14 aprel. TELEQRAF
İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” və “Peşə təhsili haqqında" Qanunu edilən dəyişiklikləri təsdiqləyib.
Sözügedən ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Dəyişikliklər 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.