
BAKI, 14 aprel. TELEQRAF
ABŞ-nin İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarına Amerikada qeyri-qanuni miqrantlar arasında olan qohum və tanışlarını təhlükəsizlik orqanları tərəfindən tutulmazdan əvvəl ABŞ-ni tərk etməyə razı salmağı tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında bildirilib.
“Birləşmiş Ştatlarda qeyri-qanuni şəkildə olan birini tanıyırsınızsa, onlar üçün edə biləcəyiniz ən yaxşı şey, hökumət orqanları tərəfindən aşkar edilməmişdən əvvəl onları ölkəni tərk etməyə təşviq etməkdir.
Hər kəs üçün mesaj aydındır: düzgün seçim edin, qanuna tabe olun və öz təhlükəsizliyinizi, ailənizi və ya gələcəyinizi riskə atmayın”, - səfirliyin açıqlamasında deyilir.