BAKI, 14 aprel. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağında bütün israilli girovların vəziyyəti ilə bağlı ətraflı hesabat təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ümumərəb telekanalı “Al Arabiya” məlumat yayıb.

Telekanalın məlumatına görə, HƏMAS daha çox israillinin azad edilməsinə ilkin razılıq verib.

Mümkün razılaşma çərçivəsində vətənlərinə qayıda biləcək girovların dəqiq sayı məlum deyil.

Girovların iki mərhələdə və konkret qrafik əsasında azad ediləcəyi gözlənilir.