
BAKI, 14 aprel. TELEQRAF
Okeaniyanın Tonqa Krallığının sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ saat 20:03-də (Bakı vaxtı ilə 00:03) 22,4 min əhalisi olan krallığın paytaxtı Nukualofadan 635 km cənub-qərbdə baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.