BAKI, 14 aprel. TELEQRAF

ABŞ-də həbsxanada olan terror təşkilatlarının üzvləri təyyarə ilə Salvadora göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, "MS-13" və "Tren de Araqua" cinayətkar qruplarından daha 10 nəfər aprelin 12-nə keçən gecə El Salvadora göndərilib.

"ABŞ ilə Salvador prezidentləri arasındakı müttəfiqlik yarımkürəmizdə təhlükəsizliyin və rifahın təmin edilməsi üçün bir modelə çevrilib", - Rubio qeyd edib.