BAKI, 14 aprel. TELEQRAF

Ukrayna böhranının həlli üçün Moskva Kiyev ilə heç bir əlaqə saxlamır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin məlumat verib.

“Belə əlaqələr yoxdur. Çünki məsuliyyəti biz yox, Ukrayna tərəfi daşıyır”, - deyə o bildirib.

Qaluzin əlavə edib ki, bütün hərbi münaqişə boyu Kiyev danışıqlar aparmaq iqtidarında olmadığını dəfələrlə nümayiş etdirib.