
BAKI, 14 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq olunması haqqında qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd Milli Məclis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən qəbul edilib.
Qeyd olunan saziş Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsini və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.