TBİLİSİ, 14 aprel. TELEQRAF

“Tbilisi ilə Moskva arasında diplomatik əlaqələrin bərpası qarşısında hamıya yaxşı məlum olan yalnız bir maneə var ki, bu da Rusiyanın Gürcüstan ərazilərini işğalda saxlamasıdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.

Spikerin sözlərinə görə, bu maneənin aradan qaldırılması Rusiyanın əlindədir.

“Rusiya Gürcüstan ərazilərinin işğalına son qoyandan sonra diplomatik əlaqələrin bərpası mümkün olacaq”, - Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində Moskvanın Tbilisi ilə diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirib.