
BAKI, 14 aprel. TELEQRAF
İsrailin iki raketi Qəzza zolağındakı böyük Əl-Əhli xəstəxanasına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" müəssisənin həkimlərinə istinadən məlumat yayıb.
Nəticədə təcili yardım və digər binalar zədələnib.
Atəşdən əvvəl özünü İsrail təhlükəsizlik zabiti adlandıran şəxs xəstəxanaya zəng edib. Bundan sonra xəstəxanaya yerləşdirilən xəstələr təxliyə edilib.
"Yüzlərlə xəstə və yaralı gecə yarısı təxliyə edilməli olub və onların bir çoxu hazırda tibbi yardım olmadan küçələrdədir və həyatları riskə altındadır", - deyə həkim Xəlil Əl-Dekran bildirib.
İsrail tərəfi iddia edir ki, zərbə tibb müəssisəsinə sığındığı iddia edilən Fələstinin HƏMAS hərəkatına qarşı yönəlib.