
BAKI, 14 aprel. TELEQRAF
Rusiya Liberal Demokrat Partiyası qeyri-qanuni miqrantların Rusiyada özünüməşğulluq rejimi altında fərdi sahibkarlıqla məşğul olmağı qadağan etməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti sənədə istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, qeyri-qanuni miqrantların “Peşəkar gəlir vergisi” xüsusi vergi rejimini tətbiq etmək hüququ olmamalıdır.