BAKI, 14 aprel. TELEQRAF

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Ankarada Kiyev və Moskva nümayəndələri arasında Qara dənizdə təhlükəsizlik mövzusunda görüş keçirmək planını təsdiqləməyib.

Teleqraf xəbər verir ki, bu barədə "TSN" məlumat yayıb.

"Belə bir şey planlaşdırılmamışdı",- Sibiqa qeyd edib.

Bundan əvvəl "CNN Türk" danışıqların atəşkəs fonunda baş tuta biləcəyini və tərəflərin Qara dənizdə sülhün qorunmasına kömək edəcək tədbirləri müzakirə edəcəyini bildirmişdi.