BAKI, 14 aprel. TELEQRAF

Bakıda küçədən meyit tapılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Nərimanov rayonu 4-cü Aşırım küçəsində qeydə alınıb.

Meyiti aşkarlanan şəxsin Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Əmiraslan oğlu Aslanov olduğu müəyyənləşib.
Onun hansı səbəbdən ölməsi məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.