
BAKI, 14 aprel. TELEQRAF
Fransanın maliyyə naziri Erik Lombar əhalinin ən zəngin hissəsi üçün vergilərin artırıla biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "BFMTV" kanalında danışıb.
"Bu, yüksək gəlirlərə görə iki milyard avro vergidir deməkdir. Biz bu layihə üzərində işləmək istəyirik", - o bildirib.