BAKI, 14 aprel. TELEQRAF

Pekin süni intellekt üçün qlobal idarəetmə sisteminin yaradılmasında bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə "TASS"a müsahibəsində Çinin Moskvadakı səfiri Çjan Xanhuey bildirib.

O vurğulayıb ki, Çin məsuliyyətli dövlət kimi bəşəriyyət üçün ortaq gələcəyi olan icmanın qurulmasına sadiqdir və qlobal süni intellekt idarəçiliyində fəal iştirak edir. Birgə müzakirə və istifadə prinsiplərinə əsaslanaraq, Pekin effektiv qlobal idarəetmə sisteminin qurulması üçün bütün tərəfdaşlarla işləməyə hazırdır.

Çin səfiri qeyd edib ki, ayrı-ayrı dövlətlərin süni intellekt texnologiyalarını siyasiləşdirməyə, silahlaşdırmağa və inhisara almağa çalışdığı bir vaxtda əməkdaşlıq və qarşıdurma arasında seçim bütün bəşəriyyətin gələcəyini müəyyən edəcək.