.jpg)
BAKI, 14 aprel. TELEQRAF
NATO hərbi aviasiyası Belarusun qərb sərhədi yaxınlığında fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb.
Teleqraf xəbər verir ki, bu barədə "STV telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Müşahidələrə əsasən: qərb sərhədlərimizdə qanadlı kəşfiyyat təyyarələrinin fəaliyyəti əhəmiyyətli dərəcədə artıb. Gün ərzində bir neçə uçuş olar, hətta bir gündə 12 uçuş qeydə alınıb", - hesabatda deyilir.
Nazirliyin məlumatına görə, NATO-nun kəşfiyyat təyyarələri Polşa və Baltikyanı ölkələrin aerodromlarından qalxır.