
BAKI, 14 aprel. TELEQRAF
ABŞ-İran nüvə danışıqlarının növbəti mərhələsi İtaliyanın paytaxtında keçirilə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Amerika və İran rəsmiləri arasında görüş Omanın Maskat şəhərindəki dolayı danışıqlardan fərqli olaraq, şəxsi formatda bir otaqda baş tuta bilər.
Portal yazır ki, görüşdə omanlı vasitəçilər də iştirak edə bilər.
Həmçinin ABŞ və İran rəsmiləri arasında keçiriləcək ikinci görüşdən əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İslam Respublikasının nüvə obyektlərində monitorinq və yoxlama prosedurlarını müzakirə etmək üçün Tehrana səfər edəcək.