BAKI, 14 aprel. TELEQRAF

Fransa 2026-cı ildə büdcə kəsirini 4,6%-ə endirmək istəyir.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar "BFMTV" telekanalında bildirib.

"Bizim 3 trilyon avrodan çox dövlət borcumuz yığılıb və hər il kreditorlara getdikcə daha böyük məbləğləri qaytarmalıyıq. Beləliklə, bizdə artıq büdcə kontekstində fövqəladə vəziyyət yaranıb", - o deyib.

Lombar büdcə kəsirini azaltmaqla borcun sabitləşdirilməsinin zəruriliyini vurğulayıb. O qeyd edib ki, ümumilikdə 40 milyard avroya qənaət edilməlidir.