
BAKI, 31 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə güvəndiyini bəyan edib.
Teleqraf “Politico” nəşrinə istinadən xəbər verir ki, D.Tramp bunu təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib.
Amerika lideri Putinin Rusiya-Ukrayna müharibəsində sülh sazişi bağlamaq niyyətindən əl çəkməyəcəyinə əminliyini dilə gətirib: "Siz Putindən danışırsınız. Onun sözündən dönəcəyini düşünmürəm. Mən onu çoxdan tanıyıram. Biz həmişə yaxşı anlaşmışıq”.