BAKI, 1 aprel. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının təyyarəsi Somalidə sərt eniş edib.

Teleqraf "RT" teleqram kanalına istinadən xəbər verir ki, hava gəmisi yerə dəyərkən alovlanıb.

İnsident Moqadişo hava limanında baş verib. BMT-nin təyyarəsi yerə çırpılıb, onun ön hissəsi uçuş-enmə zolağına zərər verib.

İlkin məlumatlara görə, hər şey təyyarənin ön şassisinin sıradan çıxması səbəbindən baş verib.

Hadisə zamanı təyyarənin göyərtəsində 22 nəfər olub. Onlardan cəmi biri xəsarət alıb.