BAKI, 1 aprel. TELEQRAF

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.