BAKI, 1 aprel. TELEQRAF

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan ilk komanda bəlli olub.

Teleqraf xəbər verir ki, “Konyaspor” 2-ci liqa təmsilçisi “İskenderunspor”u böyük hesabla (3:0) məğlub edərək, mərhələ adlayıb.

“Konyaspor”un 1/2 finalda rəqibi sabah baş tutacaq “Fənərbağça” – “Qalatasaray” görüşünün qalibi olacaq.