
BAKI, 1 aprel. TELEQRAF
Böyük Britaniya parlamentində Azərbaycan şəhidlərinin xatirəsi yad edilib.
Teleqraf xəbər verir ki, bu barədə deputat Bob Bləkmən açıqlama yayıb.
O, öz sosial şəbəkə hesabında yazıb: "Mən Azərbaycan xalqının soyqırımına cəhdin ildönümündə faciəvi şəkildə həyatını itirənlərin xatirəsini ehtiramla yad etdim".
Bundan başqa, B.Bləkmən Azərbaycana işğaldan azad olunmuş ərazilərdə minadan təmizlənmə üçün yardımın göstərilməsini xahiş edib.