
BAKI, 1 aprel. TELEQRAF
Avropa ölkələri Rusiya Prezidenti Vladimir Putinlə əlaqələrin bərpası imkanlarını müzakirə etməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb London bildirib.
Onun sözlərinə görə, müzakirələr keçən həftə Parisdə keçirilən Ukrayna sammiti zamanı başlanıb.
"Biz bir qərara gəldik ki, müəyyən bir vaxtda əlaqə qurulacaq, amma bu əlaqə əvvəlcədən razılaşdırılmalıdır. Hazırda konkret bir tarix verə bilmirəm. Baxarıq, bu əlaqəni necə əlaqələndirmək mümkün olacaq və kim bu əlaqəni quracaq", - o qeyd edib.