
BAKI, 1 aprel. TELEQRAF
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanı ukraynalı hərbi əsirləri azad etməklə “xoşməramlılıq” göstərməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "N-TV" məlumat yayıb.
Onun fikrincə, Moskva “oyun oynayır və əslində, danışıqlara getmək istəmir”: “Ona görə də ABŞ bu müharibəni dayandırmaq üçün Rusiyaya daha çox təzyiq göstərməlidir”.