BAKI, 2 aprel. TELEQRAF

Azərbaycanın Əməkdar jurnalisti Valeh Məhərrəmli dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

Məlumatda deyilir: “Şuranın İdarə Heyətinin üzvləri “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər”.

Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub.

1991-ci ildən “Səs” qəzetində çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini olub, “Tərəqqi” medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!