GORANBOY, 2 aprel. TELEQRAF
Goranboyun Safukürd kənd sakini, 1960-cı il təvəllüdlü E.Bayramov rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, təxminən üç ay öncə başqa tibb müəssisəsində ürək əməliyyatı olunub.
Ötən gün evdə E.Bayramovun halı qəfildən pisləşib.
Rayon Mərkəzi Xəstəxana çatdırılan şəxsin təzyiqi ölçülüb və ona iynə vurulub. Yaşlı kişinin halı daha da ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun yaxınları həkimlərdən şikayətçidir.
E.Bayramovun nəşi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma başlanılıb.