BAKI, 1 aprel. TELEQRAF

Türkiyədə əhalini iqtisadi boykot çağırışlarına cəlb edənlərlə bağlı araşdırmalara başlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul prokurorluğu məlumat yayıb.

Bildirilir ki, iqtisadi boykot çağırışları “Nifrət və Ayrı-seçkilik” və “İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cinayətləri kimi dəyərləndiriləcək.

Prokurorluğun məlumatına görə, boykota çağırış əhalinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyır.