
BAKI, 1 aprel. TELEQRAF
"Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoxulub.
Teleqraf xəbər verir ki, bunu "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Virusa yoluxan uşaqlar xəstəxanaya yerləşdirilib. Altı uşaq isə sığınacaqda müalicə alır:
"Özünüzü virusdan qoruyun. 2 uşağımız xəstəxanada, 6 uşağımız isə sığınacaqda müalicə alır. Daha 24 uşaq virusa namizəddir. 14 uşağımız yaxşı ki, sanatoriyadadır", - K.Ağazadə qeyd edib.