
BAKI, 1 aprel. TELEQRAF
Rusiya ABŞ-nin İranla bağlı güc istifadə etmə təhdidlərini yersiz sayır və bu cür yanaşmaları pisləyir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bu təhdidlər və ultimatumlar həqiqətən eşidilir. Biz belə üsulları yersiz hesab edirik və pisləyirik”,- o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bombardmana məruz qalacağını bildirib.